AMEA-nın gənc alimi Türkiyənin İstanbul Universitetində qısa müddətli təcrübə keçmişdir 03.12.2017

AMEA-nın gənc alimi Türkiyənin İstanbul Universitetində qısa müddətli təcrübə keçmişdir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, "Gənc Alim və Mütəxəssislər Şurası"nın sədr müavini Valeh Ələddin oğlu Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı” müsabiqəsi (EİF-Mob-8-2017- 4(30)) üzrə, “Arxeoloji qazıntılardan aşkar edilmiş materialların konservasiyası və bərpası” mövzusunda 01.11.2017-ci il tarixindən 30.11.2017-ci il tarixinədək Türkiyə Respublikasının İstanbul Universiteti Ədəbiyyat fakültəsi, Taşınabilir Kültür Varlıklarını Koruma və Onarım Bölümü, Genel Koruma Anabilim Dalında 1 aylıq qısa müddətli təcrübədə iştirak etmişdir.

Valeh Ələkbərov bu müddət ərzində qeyd olunan müəssisənin təcrübəli mütəxəssisləri - Professor Ufuk Kocabaş,  Dr. İşıl Kocabaş, Dr. Yüksel Dede, Dr. Gülder Emre, Dr. Ramazan Yılmazın fərdi və Universitet tələbələri ilə birlikdə keçdiyi dərslər əsasında,  arxeoloji materialların qəlibləmə üsullarının, qazıntılardan aşkar edilmiş  kərpiclərin, saxsı nümunələrinin, tunc artefaktların və daş alətlərin konservasiya və restovrasiyasının nəzəri və təcrübi baxımdan öyrənilməsi ilə bağlı 1 aylıq qısamüddətli təcrübədə iştirak etmişdir.

Müəllifin layihə çərçivəsində əldə etdiyi elmi biliklərin nəticələri gələcəkdə bəhs olunan mövzuda  istər yeni təcrübəli kadrların hazırlanması, istərsə də, ölkəmizdə ilk dəfə öyrənilən konservasiya və restovrasiya işin təşkilində yeni bir mərhələnin başlanğıcını qoyacaqdır.

Valeh Alakbarov, Valeh Ələkbərov

Valeh Alakbarov, Valeh Ələkbərov

Valeh Alakbarov, Valeh Ələkbərov

Valeh Alakbarov, Valeh Ələkbərov

Valeh Alakbarov, Valeh Ələkbərov

Valeh Alakbarov, Valeh Ələkbərov

Valeh Alakbarov, Valeh Ələkbərov