SÜMÜKİŞLƏMƏ VƏ DİGƏR XIRDA TAPINTILAR

Sümükdən düzəldilmiş nümunələr əsasən bizlər, iynələr, qaşovlar, əkin üçün əl oraqları, kürəklər, maral buynuzundan toxalar, çoxlu sayda balta və çəkiclərdən ibarətdir. Aşkar olunmuş ən maraqlı tapıntılar arasında üzəri yaxşı şüyrələnmiş çəkic (onun orta hissəsi zolaqlı, aşağı hissəsi iki tərəfdən çərtmədir) və heyvan fiqurlu əsa başlığıdır. Fikrimizcə, ornamentli çəkic və fiqurlu əsa başlığı tayfadaxili idarəçiliyin əsas rəmzi rolunda çıxış etmişdir.

sumuk003.JPGsumuk001jpg
Göytəpədən aşkar edilən buynuzdan olan çəkic
Üzərində ornamenti olan toxa

  
Xırda tapıntılar içərisində çox güman ki, məhsuldarlıq və bolluq rəmzini nümayiş etdirən qadın heykəlcikləri xüsusilə diqqət cəlb edir.
Göytəpə yaşayış yerindən aşkar edilən müxtəlif tipli sümük alətlərin bir qismi əkinçilikdə istifadə olunurdu. Bunlar əsasən torpaqda əkin işlərinin görülməsi üçün buynuzdan düzəldilmiş müxtəlif tipli, üzərində bir və yaxud bir neçə dəlikləri olan qazma alətləri və toxalardır. Torpaq işlərində istifadə edilmiş sümük məmulatları rəngarəng olub müxtəlif çeşidlidirlər. Bu onu göstərir ki, Göytəpə sakinləri əkinçilikdə yüksək texnoloji inkişafa malik olmuşlar. Belə ki, Göytəpə sakinlərinin torpaq işlərinin görülməsində müxtəlif çeşidli alətlərdən istifadəsi onların torpaqla düzgün rəftarını bildirir.
Göytəpənin sümük alətləri arasında dəri istehsalını şərtləndirən bi
r sıra məmulatlara da rast gəlinmişdir. Heyvanın dərisinin soyulması və emalı ilk növbədə geyim ehtiyatı ilə bağlı olmuşdur. Qeyd etməliyik ki, Göytəpədə toxuculuğu əks etdirən materiallara rast gəlinmişdir Bunlar əsasən keramikadan olan iy başlıqları və sümükdən olan iynə və bizlərdir. Bu tapıntılar Göytəpə sakinlərinin təsərrüfat həyatında dəriçilik və toxuculuğun mühüm yer tutduğunu göstərir.

sumuk003.JPGDSCF2670.jpg
Göytəpədən aşkar edilən buynuzdan olan çəkic
Üzərində ornamenti olan əsa başlığı

sumuk006.jpg
Göytəpə yaşayış yerindən aşkar edilmiş gil heykəlciklər (eyni əşyanın iki müxtəlif görünüşü)