BİTKİ VƏ OSTEOLOJİ QALIQLAR

Qazıntılar zamanı aşkar olunmuş bitki qalıqları geniş çeşidli arpa və buğdadan ibarət olmuşdur. Göytəpənin bitki qalıqları arasında arpa və buğda xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çunki bü bitkilər Suriya və Türkiyə kimi Orta Şərqin neolit yaşayış yerlərində nadir hallarda rast gəlinir. Ilk baxışdan Cənubi Qafqazda arpa və buğdanın mövcud olması, əkinçiliyin Orta Şərqdən “birbaşa tətbiqinə” işarə olsa da, digər tərəfdən isə arpa və buğdanın növlərinin üstünlük təşkil etməsi və ciddi təlabatın olması faktı başqa digər fərziyyələrin, yəni arpa və buğdanın mənşəy etibarıilə yerli köklərə əsaslanması məsələləri üzərində düşünməyə bizə əsas verir. Göytəpədə aparılan ilkin tədqiqatlar göstərir ki, yerli neolit sakinlərində maldarlıq güclü inkşaf tapmışdır. Yaşayış yerində qoyun, keçi, inək və donuz kimi əhilləşdirilmiş ev heyvanlarının çoxsaylı fauna qalıqları aşkar edilmişdir. Onların ətraflı öyrənilməsi çox güman ki, Cənubi Qafqazda heyvanların əhlilləşdirilməsi məsələlərinə aydınlıq gətirməklə yanaşı, həm də, sümükişləmə məmulatının zəngin olan ərazidə istehsal texnologiyasına da aydınlıq gətirməyə şərait yaradacaq.