NƏTİCƏ VƏ GƏLƏCƏK TƏDQİQATLAR

Göytəpədə aparılan ilkin tədqiqatlar göstərir ki, abidə Qafqazın son neolit dövrünü əks etdirən qədim erkən əkinçilərin - Şomutəpə mədəniyyyətinə aiddir. Göytəpə arxeoloji kompleksinin üstünlüyü məzmun etibarıilə daha keyfiyyətli məlumatlar ilə asosiasiya olunmasıdır. Tədqiqatlar zamanı abidədə əsaslı statistik strateqrafiya müayinəsi aparılmışdır. Materiallar müvafiq olaraq e.ə. VI minilliyin əvvəlinə və ortalarına aid edilir və yaşayış yerinin ümumi mədəniyyətini və eləcə də, xronoloji inkişafını müəyyənləşdirməyə əsaslı zəmin yaradır. Əlavə olaraq, Göytəpənin memarlıq üslubunun mükəmməl mühafizəsi, yaşayış tikililəri ilə əlaqəli əşyaların (istehsal üçün nəzərdə tutulmuş əmək alətləri) məkan etibarıilə bir yerdə aşkar olunması dövrün təbiəti və cəmiyyəti haqqında, Göytəpə sakinlərinin həyat tərzinin mümkün rekonstruksiyasına şərait yaradır.


33.png48.png63.png
Aşkar olunmuş bina tikililərinin rekonstruksiyası

Yuxarıda qeyd edilənlər 2011-ci ilə qədər aparılan araşdırmaların ilkin nəticələrinə aiddir. Bu baxımdan hələlik, Göytəpədə neolit dönəminin öyrənilmiş qatları haqqında məlumatımız vardır. Gələcək qazıntılar isə abidənin materikə qədər ki, növbəti qatlarının öyrənilməsinə imkan yaradacaqdır.
2011-ci ildə Göytəpə ətrafındakı digər neolit dövrü yaşayış yerlərinin axtarılması üzrə tədqiqatlar aparılmışdır. Nəticədə, Kür çayının orta axarı boyunca bəhs olunan dövrün daha erkən forması haqqında və mezolit dövrünün təsiri ilə bağlı bir sıra məlumatlar əldə edilmişdir. Gələcək tədqiqatlarda Azərbaycanda erkən əkinçilik mədəniyyətinin mənşəyi və ondan sonrakı dövrlərdə meydana gəlmiş yerli arxeoloji mədəniyyətlərlə əlaqələri diqqət mərkəzində olacaqdır.