DAŞ ALƏTLƏR

Qazıntılar zamanı aşkar olunmuş daş alətlərin mənbəyi Kiçik Qafqaz olan obsidiandan ibarətdir. Iri obsidian parçaları seçilib götürüldükdən sonra onlardan səthi düz olan nukleuslar hazırlanırdı. Qəlpələmə üsulu texnologiyasının tətbiqi başlıca olaraq hər iki tərəfi iti uclu ülgüc olan kəsici alətlərin hazırlanması məqsədini daşıyırdı. Bəsit düzəldilmiş belə alətlərdən əlavə, çox sayda çaxmaq daşından iti uclu alət və qəlpə hissələri aşkar edilmişdir. Bunlar çox güman ki, dəri emalı istehsalı üçün və digər orqanik materiallar üçün istifadə edilmişdir. Bununla yanaşı, çaxmaq daşından olan alətlər kobud  parçalardan hazırlanmışdır. Çaxmaq daşından oraq dişlərinə də rast gəlinmişdir.

DSCF2752.JPGFig. 9 Obsidian core .JPG
Dəvəgözündən olan nukleusDəvəgözündən olan nukleus

Ümumiyyətlə, qazıntılar zamanı müxtəlif funksiya daşıyan daş əmək alətləri aşkar edilmişdir. Bunlara dən daşları, həvəngdəstə alətləri, daş lövhələr, əzmək üçün daş alətlər və əl daşları kimi erkən əknçi tayfalara məxsus tipik alətlər aiddir. Əsasən qida istehsalı üçün nəzərdə tutulmuş bu alətlər çox güman ki, boya hazırlanması üçün də istifadə edilmişdir. Buna misal bəzi daş alətlərin qırmızı rəngə boyanmasıdır. Yaşıl rəngə çalan daşdan hazırlanan ucu iti cilalanmış  baltalara da rast gəlinmişdir.


DSCF2758.JPG
Dəvəgözü daşından olan iti uclu ülgüclər